Press "Enter" to skip to content

Fars rejiminə qarşı baş qaldırın! – GÜNEY AZƏRBAYCAN

Təbriz şəhəri

Son yeniləmə: 20 May 2022 21:30

Bayraqdar.info – Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi Güney Azərbaycanda baş vermiş 1 Xurdad (22 may) ayaqlanmasının 16-cı il dönümüylə bağlı bildiriş yayımlayıb.

Mərkəzdən bayraqdar.info-ya daxil olan xəbərə görə, bildirişdə fars-molla rejiminin istibdadı altında inləyən türklər baş qaldırmağa çağırılır.

“İran fars rejiminə qarşı siyası-sinfi etiraz aksiyalarından himayə edərək, millətimizi baş qaldırmağa çağırırıq!

“Başı uca Azərbaycan Türk Milləti! Bildiyiniz kimi, 1 Xurdad (22 May) Güney Azərbaycan türklərinin İran-fars işğal rejiminə qarşı milli mücadiləsinin ən parlaq və unudulmaz günlərindəndir.

“1 Xurdaddan başlayaraq Güney Azərbaycanın 30-dan çox şəhərində “Haray, haray, mən türkəm!”, “Təbriz, Bakı, Ankara! Biz hara, farslar hara!” “Azərbaycan bir olsun! Mərkəzi Təbriz olsun!” və bu kimi şüarlarla milyonlarla Azərbaycan türkü xiyabanlara çıxaraq İran rejiminə etiraz edib, onlarla şəhid və yüzlərcə yaralının qəhrəmanlığı ilə tarix yazıb.

“Şəhidlərimizin bizə əmanət etdiyi milli davamızı gənc bozqurdlarla birlikdə son qələbəyə daşıyıb fars rejiminə son vermək amacıyla bütün millətimizi baş qaldırımağa çağırırıq! İran rejimi 1 Xurdad xatirəsini unutdurmaq üçün hər fitnəyə əl atır.

“Qalx ayağa, Azərbaycan! Azərbaycan türk milləti Güney Azərbaycanda ayrıseçkilik, milli zülm ilə yanaşı ağır ekonomi və gündən-günə artan bahalıqla qeyi-insani və haqsız yaşam tərzinə məruz qalmışdır. Bu gedişata son vermənin zamanı gəlmişdir!

“Bu gün 1 Xurdad xatirəsini yaşatmaq hər bir şərəfli Azərbaycan türkünün borcudur. Sırf buna görə hər kəsi dünyanın hər yerində, özəlliklə də Güney Azərbaycanda 1 Xurdadın ildönümü ilə bağlı əyləmə, seminara, konfransa və daha önəmlisi, xiyaban etirazlarına cağırırıq!

“Hər gün əyləm günü və hər yer əyləm yeri olmalıdır!

“Biz bu fürsətləri əldən verməməliyik. Millətimiz türkcə milli şüarlarla ayaqlanmalıdır. “Azadlıq, Ədalət, Milli Hökumət!” bizim gələcəyimizdir. Fars şovinist sisteminə son vermək üçün uca millətimizi Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzini dəstəkləməyə çağırırıq!

İran rejiminə qarşı mübarizənin daha da etkili olması üçün soydaşlarımızı təşkilatlarımıza qatılmağa, düzənli mücadilə verməyə çağırırıq!

“Milli zülmün altında olan millətlər ilə əməkdaşlığı daha da güçləndirməliyik!

Güney Azərbaycanda və İran adlanan dövlətin ərazısında yaşayan türk millətinin və başqa qeyri-fars millətlərin demokratik, insani haqlarının əldə edilməsi üçün uluslararası ilgili orqanlara, topluluqlara və demokratik ölkələrə baş vurmalı, yardım istəməliyik.

Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi:

Azadlıq Cəbhəsi (GAMAC)
Azərbaycan Mərkəz Partiyası (AMP)
Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)
Azərbaycan Öyrənci Hərəkatı (AZOH)
Güney Azərbaycan Demokrat Partiyası (GADP)
Güney Azərbaycan İstiqlal Partiyası (GAIP)
Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP)
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)

Qeyd: Bildirişin üslubuna toxunulmayıb.

Mission News Theme by Compete Themes.