Son yeniləmə: 21 May 2022 18:47
Bayraqdar.info – Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfranslarının keçirilməsinə başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mayın 20-də Qubada təşkil olunan ilk konfrans Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarını əhatə edib.
Konfransda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, QHT Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları Rahu Şirinova və Əli Pənahov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, QHT Agentliyi Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov, Agentliyin məsul əməkdaşları, şimal rayonlarının icra hakimiyyəti başçılarının müavinləri, icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların üzvləri, habelə yerli QHT rəhbərləri iştirak ediblər.
Agentliyin icraçı direktoru A.Əliyeva konfransın proqramı haqqında geniş məlumat verərək bildirib ki, ilk dəfə keçirilən bu konfrans region QHT-lərinin və ictimai şuraların birgə fəaliyyətində dönüş yaradacaq. Bu konfrans, həmçinin paytaxt və region QHT-lərinin kommunikasiya baxımından birləşməsinə təkan verəcək.
V.Quliyev qeyd edib ki, ölkədə QHT-lər bir neçə mərhələdə inkişaf yolu keçib, QHT-dövlət münasibətləri sahəsində müsbət nümunələr formalaşdırılıb. 2008-ci ildə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması, QHT-lərə maliyyə, metodiki, konsultativ, təşkilati dəstəyin göstərilməsi və s. bunun bariz nümunəsidir. Bu gün isə QHT-dövlət münasibətlərində yeni mərhələ başlayıb, təşkilati-hüquqi forması, fəaliyyət istiqaməti və idarəetməsi ilə fərqlənən yeni təsisat kimi QHT Agentliyi yaradılıb.
V.Quliyev bildirib ki, bu gün bu sahənin daha da təkmilləşdirilməsi üçün geniş formatda bütün QHT-lərin daha operativ şəbəkələşməsi üçün baza yaradılmalıdır. Regionlarda başlanan zona konfranslarının əsas məqsədi bundan ibarətdir və gələcəkdə bütün təşkilatların birgə inkişafında yeni mərhələnin əsasını qoyacaq.
V.Quliyev icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuralara QHT-lərin cəlb edilməsi məsələsinin də olduqca vacib məqamlardan biri olduğunu qeyd edib.
Z.Əliyev, R.Şirinova, Ə.Pənahov, İ.İsgəndərov çıxışlarında zona toplantısının QHT nümayəndələri üçün faydalı olacağını və bu sahənin daha da təkmilləşməsinə böyük töhfə verəcəyini vurğulayıblar.
Çıxışlardan sonra konfrans iştirakçıların müzakirələri ilə davam edib.
Xəbər bayraqdar.info tərəfindən AZƏRTAC-ın bölgə müxbiri Elxan Yusiflinin materialı əsasında hazırlanıb.
[…] Bölgələrdə QHT-dövlət əməkdaşlığı gücləndirilir – VİDEO […]
[…] Bölgələrdə QHT-dövlət əməkdaşlığı gücləndirilir – VİDEO […]
[…] Bölgələrdə QHT-dövlət əməkdaşlığı gücləndirilir – VİDEO […]
[…] Bölgələrdə QHT-dövlət əməkdaşlığı gücləndirilir – VİDEO […]