Press "Enter" to skip to content

ATİB-in Ümumi Yığıncağı keçirilib

ATİB üzvləri və qonaqlar

Son yeniləmə: 21 May 2022 11:05

Bayraqdar.info – Mayın 19-da ildə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) Ümumi Yığıncağı keçirilib.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov

Qurumdan bayraqdar.info-ya verilən məlumata görə, Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Prof. Dr. Vahit Kiriçcinin iştirak etdiyi tədbir iki qardaş ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb,

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Prof. Dr. Vahit Kirişci
Türkiyənin Azərbaycandakı səfiri Doç.Dr. Cahit Bağcı

Daha sonra Ümumi Yığıncağın sədri və katiblər seçilib, həmçinin iclasın gündəliyi təsdiq edilib.

Gündəliyə uyğun olaraq ATİB İdarə Heyəti sədrinin müavini Mürsəl Rüstəmov İdarə Heyətinin 2020-ci və 2021-ci il üzrə hesabatını təqdim edib. Hesabat Ümumi Yığıncaq iştirakçıları tərəfindən yekdilliklə qəbul edilib.

Ümumi Yığıncaq zamanı

Bundan sonra təşkilati məsələlər baxılıb. ATİB-in 11 nəfərlik İdarə Heyəti və 3 nəfərlik Təftiş Komissiyasının üzvləri seçilib. Həmçinin Cemal Yanğın yenidən ATİB İdarə Heyətinin sədri seçilib.
İclasda həmçinin ATİB-in 2022-ci il üçün büdcəsi təsdiqlənib.

ATİB İdarə Heyətinin sədri Cemal Yanğın

Qeyd edək ki, iclasda Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Prof. Dr. Vahit Kirişci, Türkiyənin Azərbaycandakı səfiri Doç.Dr. Cahit Bağcı, Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri, professor Vüsal Qasımlı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Prezidenti Məmməd Musayev çıxış ediblər.

Çıxışlarda ATİB-lə əməkdaşlıq əlaqələrinin önəmindən bəhs edilib, iş adamlarının fəaliyyətinin iki qardaş ölkə arasında ümumi ticarət dövriyyəsinin və investisiyaların həcminin artırılmasına əhəmiyyətli töhfə verdiyi vurğulanıb.

Mission News Theme by Compete Themes.