Bayraqdar.info – On səkkiz dövlət orqanında mövcud olan 91 vakant vəzifə üzrə aprelin 11-dən başlanan ümumi müsahibələr davam edir.
Bu barədə bayraqdar.info-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 377 nəfər qeydiyyatdan keçib. Bu gün saat 11:25-dək olan məlumata görə, 41 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.