Press "Enter" to skip to content

Səfirlikdə Vətən müharibəsi qaziləri ilə görüş

Qazilərlə Azərbaycanın Türkiyədəki səfirliyində keçirilən görüşdən

Son yeniləmə: 20 May 2022 16:06

Bayraqdar.info – Xəbər verdiyimiz kimi Azərbaycanın Vətən müharibəsi qazilərinin bir qrupu mayın 13-dən qardaş Türkiyədə səfərdədir. Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi dəstəyi ilə Türkiyə Müharip Qazilər Dərnəyinin dəvəti və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

Azərbaycan qazilərinə daha bir jest

Bu arada Azərbaycanın Türkiyə səfirliyində qazilərlə görüş keçirilib. Bu barədə bayraqdar.info-ya səfirlikdən məlumat verilib.

Qeyd edilib ki, səfirlik nəzdindəki Hərbi attaselik aparatının əməkdaşlarının, eləcə də Türkiyə Müharip Qazilər Dərnəyinin nümayəndələrinin də iştirak etdiyi görüşdə səfir Rəşad Məmmədov qaziləri salamlayaraq, onların 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığın hər bir Azərbaycan gənci üçün örnək təşkil etdiyini bildirib.

Qazilərklə görüş səmimi atmosferdə keçib

Məlumata əsasən səfir Azərbaycan dövlətinin qazilərə göstərdiyi yüksək diqqətdən danışıb. O, bir çox qazinin məhz qardaş Türkiyədə müalicə aldığını və reabilitasiya keçdiyini qeyd edib, türk həkimlərinin onlara xüsusi qayğısını vurğulayıb.

Səfir R.Məmmədov türkiyəli qazilərin azərbaycanlı qardaşlarına mənəvi və psixoloji dəstəyinin mühüm önəmini də qeyd edib.

Səmimi şəraitdə keçən görüşdə qazilər də öz fikirlərini ifadə edib, dövlətin onlara qayğı və diqqətindən razılıq edib və təkliflərini səsləndiriblər.

Mission News Theme by Compete Themes.