Press "Enter" to skip to content

Üçtərəfli əməkdaşlıq layihələrinə dair fikir mübadiləsi

İranın energetika naziri Əli Əkbər Mehrabian ilə görüş

Son yeniləmə: 20 May 2022 09:02

Bayraqdar.info – Baş nazirin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İrana səfəri çərçivəsində növbəti görüşlər keçirib.

Bu barədə bayraqdar.info-ya Azərbaycanın İrandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, növbəti görüş İranın energetika naziri Əli Əkbər Mehrabian ilə olub: “Görüşdə energetika sahəsində mövcüd layihələrin davam etdirilməsi və əməkdaşlığın artırılması, İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantısının yaradılması haqqında Anlaşma Memorandumunun enerji sahəsi üzrə işlərinin icrası məsələləri müzakirəsi mövzusu olub.

Söhbət zamanı Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin başa çatdırılması, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində həyata keçirilən işlərin gedişi də nəzərdən keçirilib”.

Görüşdə həmçinin üçtərəfli əməkdaşlıq layihələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Məlumata əsasən Ş.Musatfayev səfər çərçivəsində İranın neft naziri Cavad Övci ilə də görüşüb: “Görüşdə Azərbaycan ilə İran arasında Türkmənistan qazının İran ərazisi vasitəsilə Azərbaycana nəqli-mübadiləsi üzrə layihənin uğurlu həyata keçirilməsindən, neft və qaz sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, müştərək layihələrin hər iki ölkə üçün faydası və əlaqələrin möhkəmlənməsində önəmi vurğulanaraq bu istiqamətdə işlərin davam etdirilməsi qərarlaşdırılıb”.

Mission News Theme by Compete Themes.