Press "Enter" to skip to content

Regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüş

Son yeniləmə: 20 May 2022 16:13

Bayraqdar.info – Mayın 20-də xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının (AŞ) Nazirlər Komitəsinin 132-ci sessiyası çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

Bu barədə bayraqdar.info-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə nazirlər, iki ölkə arasında siyasi və iqtisadi sahədə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edib, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıblar: “İki ölkə arasında yüksək səviyyəli münasibətlərin və siyasi dialoqun mövcudluğu vurğulanıb. İqtisadi, ticarət, humanitar və s sahələrdə əlaqələrin daha da inkişafı üçün potensialın mövcudluğu qeyd edilib. Tərəflər, cari ilin 01-03 iyun tarixlərində Bakıda keçiriləcək Enerji Forumunun əhəmiyyəti, habelə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu xüsusi qeyd ediblər”.

Görüş çərçivəsində tərəflər, həmçinin digər qarşılıqlı maraq doğuran məsələrlər ətrafında fikir mübadiləsi aparıblar.

Mission News Theme by Compete Themes.