Press "Enter" to skip to content

MEK-in fondlarına yeni nəşrlər daxil olub

Mərkəzi Elmi Kitabxana

Son yeniləmə: 20 May 2022 10:22

Bayraqdar.info – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) fondlarına bir sıra yeni nəşrlər daxil olub.

Bu barədə bayraqdar.info-ya AMEA Mərkəzi Elmi Kitabxana İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən məlumat verilib.

“Bunların sırasında “Əski Azərbaycan Yazısı.Dərs vəsaiti” (Afaq Məmmədova), “Qutadğu Bilig: Hikmətləri” (Ramiz Əskər), “Beş Risalə” (Əlişir Nəvayi), “Özbək Ədəbiyyatı Tədqiqatları”(Ramiz Əskər), “Dalğalar və Nüvə Enerjisi” (Cabir İsmayılov, Elmar Əsgərov), “Dahi türk dilçisi Mahmud Kaşğari”(Ramiz Əskər), “Ölüm, mənə ağı de” (Mağcan Cumabay), “Təchizat Zəncirində Strateji İdarəetmə” (Firudin Sultanov), “Təbiət və ekologiya” (K.Z.Zeynalova), “Bülbüllərin toyu” (Robert Minnullin), “История Азербайджана: Азербайджан в начале XVI- в Первой Половине XVIII века” (Исраил Магеррамов), 12 cilddə “Faciəli təqvim tariximiz” (Nazim Vəlişov) və digər elmi əhəmiyyətli nəşrlər yer alıb. Müəlliflər tərəfindən kitabxananın fondlarına daxil olan müxtəlif elm sahələrini əhatə edən bunəşrlərinbir çoxu dərs vəsaitidir.

“Həmçinin Tarixi Araşdırmalar Mərkəzindən44 günlük Vətən müharibəsi zamanı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzundüşmən üzərində gərgindiplomatik-hərbi Zəfərindən bəhs edən“ZƏFƏR- 44 günlük Qarabağ müharibəsi” adlı kitab da daxil olub.

“Oxucular bu və ya digər yeni daxil olan ədəbiyyatlarla MEK-in sərgi salonundatanış ola bilərlər”, – deyə məluamtda bildirilib.

Mission News Theme by Compete Themes.