Press "Enter" to skip to content

Litva nümayəndə heyəti “ASAN xidmət”lə maraqlanıb

ASAN xidmətin fəaliyyəti ilə tanışlıq zamanı

Son yeniləmə: 20 May 2022 15:53

Bayraqdar.info – Mayın 19-da Litvanın Baş Prokuroru Nida Qrunskienin başçılıq etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Bu barədə bayraqdar.info-ya mayın 20-də ASAN xidmətdən məlumat verilib.

Bildirilib ki, qonaqları salamlayan Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov “ASAN xidmət”in yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib: “Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi naliyyətlər əldə olunub”.

Vurğulanıb ki, görüş zamanı qonaqlara, həmçinin Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri, elektron hökumətin inkişafı, sosial innovasiyalar sahəsində həyata keçirilən işlər və naliyyətlər barədə ətraflı məlumat verilib: “Bildirilib ki, bu günədək 52 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. “ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi qonaqların diqqətinə çatdırılıb. Sonda qonaqlara “ABAD”çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub”.

Mission News Theme by Compete Themes.