Press "Enter" to skip to content

Yeni proqram üzrə işlə təmin edilənlərin sayı

Son yeniləmə: 19 May 2022 13:47

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə daha 546 işsiz şəxsə iş yerlərinə göndərişlər verilib.

Bu barədə bayraqdar.info-ya mayın 19-da ƏƏSMNd-ən verilən məlumatda deyilir.

Qeyd edilib ki, proqram üzrə ötən dövrdə 270-dək işəgötürənlə əməkdaşlığa başlanıb və onlarla müqavilələr imzalanıb. Həmin müqavilələr üzrə əsasən şəhid ailəsi üzvləri və qazilərdən ibarət 750 şəxs işlə təmin edilib: “İşlə təmin edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanıb və bununla da onlar gələcək sosial təminat hüquqlarına əsas yaradan sosial sığorta sistemində iştiraka cəlb olunublar. “Məşğulluq” altsisteminə vakansiyalar yerləşdirən, müəyyən edilmiş prioritet iqtisadi sahələr üzrə vakansiyası olan işəgötürənlər proqrama bu linkə daxil olaraq müraciət edə bilərlər”.

Məlumata əsasən proqram əsasında işlə təmin edilən şəxslərin bir il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.

Mission News Theme by Compete Themes.