Press "Enter" to skip to content

Türkiyə-Azərbaycan QHT-lərinin platforması yaranacaq

Son yeniləmə: 19 May 2022 19:47

Bayraqdar.info – “Ümid edirəm ki, bugünkü forumun nəticəsində Türkiyə-Azərbaycan qeyri-hökumət təşkilatlarının bir platforması da yaranacaq. Çünki əvvəlki illərdə bizim qeyri-hökumət təşkilatlarının müxtəlif ortaq layihələri, tədbirləri həyata keçirilib. Lakin bu, o qədər də sistemli, proqram üzrə olmurdu. Platformanın yaranması bu əməkdaşlığın çərçivələrini müəyyən edəcək. Bu əməkdaşlıq sistemli həyata keçiriləcək”.

Bunu Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun keçirilməsini dəyərləndirən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev jurnalistlərə açıqlamasında dedi.

Onun sözlərinə görə, bu prosesdə dövlət qurumu olaraq Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi də yaxından iştirak edəcək: “Türkiyə tərəfdən də Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti Qurumları ilə İş İdarəsi də bu məsələdə dəstək verəcək”.

Sektor müdiri ardıcıl olaraq hər il bu əməkdaşlıq forumunun keçirilməsinin və qurulacaq platforma çərçivəsində əhəmiyyətli tədbirlərin təşkilinin nəzərdə tutulduğunu söylədi: “Ölkəmiz Türkiyə ilə müxtəlif sahələrdə əməkdaşlıq edir. Vətəndaş cəmiyyəti sahəsində də müxtəlif təşəbbüslərlə çıxış edirik. Lakin bu ilin əvvəlində dövlət dəstəyi agentliyi belə bir təşəbbüslə çıxış etdi ki, bizim vətəndaş cəmiyyəti təşkilatlarının əməkdaşlıq forumu və bunun nəticəsi olaraq platforma yaransın”.

Mission News Theme by Compete Themes.