Press "Enter" to skip to content

Səfirlikdən yeni layihə

Azərbaycanın Türkiyədəki səfirliyi

Son yeniləmə: 25 May 2022 18:46

Bayraqdar.info – Azərbaycanın Türkiyədəki səfirliyi “Azərbaycanı daha yaxından tanıyaq!” adlı yeni layihənin icrasına başlayıb. Səfirlikdən bayraqdar.info-ya verilən məlumata görə, layihə 28 May- Müstəqillik Günü və iki qardaş ölkə arasında diplomatik əlaqələrin yaranmasının 30 illiyi münasibətilə həyata keçirilir.

Qeyd edilib ki, layihəyə əsasən Türkiyədə fəaliyyət göstərən universitet və məktəblərdə Azərbaycan otaqlarının yaradılması nəzərdə tutulur.

“Samsun vilayətinin Bafra rayonunun Kolay kənd orta məktəbinin (Samsun Bafra Kolay Orta okulu) direktoru Faruk Akkurtun Azərbaycanın Türkiyədəki səfirliyinə müraciət edərək məktəbin kollektivinin və şagirdlərin ölkəmizi yaxından tanımaq arzusunu ifadə etməsi ilə əlaqədar olaraq, ilk Azərbaycan otağı məhz Kolay kənd orta məktəbində yaradılmışdır. Açılış mərasimində AzərbaycanınTürkiyədəki Səfirliyinin birinci katibi Elxan Zeynalov iştirak etmiş, qeyd edilən layihə barədə ətraflı məlumat vermişdir.

“Azərbaycan otağında qurulmuş məlumat stendlərində Azərbaycan Xalq Cümhuriyyətindən başlayaraq ölkəmizdə dövlət quruculuğu, Ümummilli lider Heydər Əliyevin həyat yolu, mənalı fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişaf yolu, Birinci vitse-prezident Mehriban Əliyevanın bir çox istiqamətlərdə həyata keçirdiyi əhəmiyyətli fəaliyyət, milli mədəniyyətimizə verdiyi töhfə, ölkəmizin qədim mədəniyyəti, tarixi şəxsiyyətlər və digər mövzularda geniş məlumat verilir.

“Səfirliyin layihə çərçivəsində fəaliyyətinin davam etməsi nəzərdə tutulur”, – deyə məlumatda daha sonra bildirilib.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.