Press "Enter" to skip to content

İran xalqı: “Xameneyi qatildir, hökuməti batildir”

Gülpaygan etirazları

Son yeniləmə: 19 May 2022 12:07

Bayraqdar.info – İranın bir çox bölgələrində baş tutan etirazlar mayın 17-dən etibarən İsfahan əyalətinin Gülpaygan şəhərinə də yayılıb.

Əhali gecə-gündüz demədən etiraz aksiyaları keçirir, “Xameneyi qatildir, hökuməti batildir”, “Rəisi, həya et,, məmləkətdən çıx get”, “Mollalar rədd olmalıdır”, “Xameneyiyə ölüm”, “Rəisiyə ölüm”, “Nə Qəzza, nə Livan, canım İrana fəda” kimi şüarlar səsləndirərək hakimiyyəti istefaya çağırırlar.

Xəbəri mayın 19-da “Azad İran” Telegram kanalı İrandakı mənbələrə istinadla yayıb.

Xəbərdə xatırladılır ki, artıq iki həftəyə yaxındır zəruri ərzaq məhsullarının qiymətinin dəfələrlə bahalaşmasına görə İranın əyalət və şəhərlərində hakim rejimə qarşı etiraz dalğası baş qaldırıb. Etirazlar qarşısında təşvişə düşən molla rejimi isə həmişəki kimi çıxış yolunu xalqa birbaşa atəş açmaqda görür. İndiyədək etiraz mitinqlərində əmniyət qüvvələrinin açdığı birbaşa atəş nəticəsində azı 7 nəfər həyatını itirib, aralarında uşaq da olmaqla onlarla insan yaralanıb.

Mission News Theme by Compete Themes.