Press "Enter" to skip to content

Hulusi Akardan önəmli mesaj

Türkiyə Milli Müdafiə Nazirliyində görüşdən

Son yeniləmə: 19 May 2022 08:36

Bayraqdar.info – “Öhdəmizə düşən vəzifə Türkiyə və Azərbaycan qardaşlığını daha da dərinləşdirmək, daha da irəli aparmaqdır. Beləliklə gələcəyə güclü və arxayın şəkildə baxa bilərik”.

İki qardaş ölkənin qaziləri yenidən bir arada

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar mayın 18-də Azərbaycanın Vətən müharibəsi qazilərini qəbul edərkən deyib. Görüşdə nazir müavini Yunus Emre Karaosmanoğlu və türkiyəli qazilər də iştirak edib.

Azərbaycan qaziləri Kocaelidə

Nazirlikdə keçirilən qəbul zamanı H.Akar bir sıra önəmli mesajlar verib. Qardaş ölkənin milli müdafiə naziri bildirib ki, Azərbaycan ordusu müharibəni böyük bir uğurla sona çatdırdı.

Emin Həsənli səmimi qəbula görə Türkiyənin milli müdafiə nazirinə təşəkkür edib

Görüşdə çıxış edən “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli 44 günlük Vətən müharibəsi zamanı verilən mənəvi və siyasi dəstəyə görə başda Cümhurbaşqanı Recep Tayyip Erdoğan olmaqla Türkiyə dövlətinə və türk xalqına minnətdarlıq edib. O, həmçinin səmimi qəbula görə H.Akara təşəkkür edib.

Qarabağda dalğalanan Azərbaycan bayrağı Hulusi Akara hədiyyə edilib

E.Həsənlinin bayraqdar.info-ya veridyi məlumata görə, azərbaycanlı qazilər görüşdə H.Akara Qarabağda dalğalandırılan Azərbaycan bayrağını hədiyyə ediblər.

Xatırladaq ki, Azərbaycanın Vətən müharibəsi qazilərinin bir qrupu mayın 13-dən qardaş Türkiyədə səfərdədir. Səfər Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi dəstəyi ilə Türkiyə Müharip Qazilər Dərnəyinin dəvəti və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

Mission News Theme by Compete Themes.