Son yeniləmə: 18 May 2022 15:23
Bayraqdar.info – Mayın 17-də Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Katibliyi İran hökumətinə müraciət edərək İsveç-İran vətəndaşı, Güney Azərbaycanlı alim Əhmədrza Cəlalinin barəsində çıxarılan edam hökmünü ləğv etməyə çağırıb.
Xəbəri “Azad İran” Telegram kanalı Radio Fərdaya istinadla yayıb.
Xəbərdə deyilir ki, bundan öncə Avropa Birliyinin nümayəndəsi Enrike Mora mayın 13-də Tehrana səfəri zamanı eyni müraciətlə çıxış etmiş və İran hökumətindən alimi azadlığa buraxmağı istəmişdi.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə isə müraciətlərə cavab olaraq Ə.Cəlalinin ağır cinayətdə ittiham olunduğunu iddia edib.
“Cəlalinin cinayət işi təhlükəsizlik məsələsi ilə bağlıdır. O, Avropa ölkələrindən birinin dəstəyi ilə ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət göstərib və nüvə alimlərimizin ölümünə səbəb olub”, -deyə S.Xətibzadə iddia edib.
O, buna baxmayaraq alimin edam hökmünün icrasının ertələnməsi ilə bağlı məsləhətləşmələr aparıldığını deyib.
[…] BMT də Güneyli alimlə bağlı həyəcan təbili çaldı […]
[…] BMT də Güneyli alimlə bağlı həyəcan təbili çaldı […]