Press "Enter" to skip to content

Azərbaycan hərbçiləri elmi müzakirələr aparıb

Tədbirdən görüntü

Son yeniləmə: 19 May 2022 12:20

Bayraqdar.info – Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan postmüharibə dövründə: ordu quruculuğunda yeni yanaşmalar və perspektivlər” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.

Xəbəri mayın 19-da bayraqdar.info-ya Müdafiə Nazirliyindən veriblər.

“Konfransda müxtəlif ali və xüsusi təyinatlı təhsil müəssisələrinin professor-müəllim heyəti, Azərbaycan Milli Elmlər Akademiyasının və Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak edib”, – deyə xəbərdə bildirilir.

Daha sonra qeyd edilir ki, əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, səsləndirilib.

“Tədbirdə konfransın təşkilati işləri, mövzusu və əhəmiyyətindən, qəbul edilən elmi məqalələrin aktuallığından, habelə hərbi tədris ocağının digər ali təhsil müəssisələri ilə əməkdaşlığından danışılıb.

“Qeyd olunub ki, konfransın əsas məqsədi hərb elminin və elmin digər sahələrinin inkişaf etdirilməsi, ordu quruculuğunda aktual məsələlərin araşdırılması, qoşunların döyüş hazırlığı səviyyəsinin və zabit kadrların hazırlanmasında keyfiyyətin yüksəldilməsidir.

“Təşkilat komitəsi təqdim olunan 90-dan artıq məqalədən konfransın mövzusuna uyğun olanları qəbul edib.

“Sonda elmi məruzələr dinlənilib və müzakirələr aparılıb.” Xəbərdə belə deyilir.

Mission News Theme by Compete Themes.