Son yeniləmə: 19 May 2022 13:28
Bayraqdar.info – Prezident İlham Əliyev Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyinatıyla bağlı Sərəncam imzalayıb.
Xəbəri mayın 19-da Prezidentin Mətbuat xidməti yayıb.
Sərəncamla Şahin Məhərrəm oğlu Əliyev qeyd olunan vəzifəyə təyin edilib.
Əlavə edək ki, hazırda Ş.Əliyev Prezident Administrasiyasının Hüquq ekspertizası şöbəsinin müdiridir. Onun hər iki vəzifəni eyni zamanda icra edəcəyi, yaxud da əvvəlki işindən azad ediləcəyi haqqında məlumat verilmir.
Bəzi media qurumları isə adı keçən şöbənin ləğv edildiyini bildirir.