Press "Enter" to skip to content

Xalça Muzeyində ustad dərsi

Son yeniləmə: 18 May 2022 15:48

Bayraqdar.info – Mayın 20-də Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbirlər çərçivəsində Azərbaycan Milli Xalça Muzeyində ustad dərsi keçiriləcək.

Bu barədə bayraqdar.info-ya Muzeydən məlumat verilib.

Bildirilib ki, ustad dərsində iştirak edənlər Əməkdar rəssam Yelena Haqverdiyeva ilə tekstil vitrajların hazırlanmasını öyrənəcəklər: “Dərslərə qatılmaq istəyənlər özləri ilə müxtəlif növ parça, düymə, bijuteriya fraqmentlərini, ümumiyyətlə, tekstil və bəzək əşyalarını gətirməlidirlər. Ustad dərsləri rəssamın köməyi ilə köhnə əşyalara yeni nəfəs verməklə maraqlı nümunələr hazırlamaq üçün əlverişlidir”.

Qeyd edilib ki, yerlər məhdud olduğundan öncə qeydiyyatdan keçmək lazımdır.

Mission News Theme by Compete Themes.