Son yeniləmə: 18 May 2022 13:32
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin yeni hökuməti üçün bu gün parlamentdə etimad səsverməsi keçiriləcək.
Bu barədə bayraqdar.info-ya KKTC-nn Bakıdakı nümayəndəliyindən məlumat verilib.
Bildirilib ki, UBP-DP-YDP hökuməti üçün etimad səsverməsi yerli vaxtla saat 16:30-da olacaq. Bunun üçün parlamentin növbədənkənar iclası keçiriləcək.
Bu arada hökumət proqramənın müzakirəsi boykot edən parlament müxalifəti etimad səsverməsi zamanı isə bir qədər fərqli davranacaq. Belə ki, CTP və HP-dən olan deputatlar iclasa qatılaraq hökumətin əleyhinə səs verəcək. Bu partiyalar səsvermədən öncə də parlament binasında etiraz aksiyası keçirəcəklər.
[…] UBP-DP-YDP hökuməti üçün etimad səsverməsi […]