Press "Enter" to skip to content

Türkiyə NATO-ya yeni üzvlərin qəbulunu rəsmən əngəllədi

NATO

Bayraqdar.info – Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan Finlandiya və İsveçin NATO üzvlüyü üçün müraciətinin müzakirəsinə veto qoyub.

Xəbəri mayın 18-də Almaniyanın Bild nəşri yayıb.

Xəbərdə deyilir ki, Türkiyə Cümhurbaşqanı NATO-nun adı keçən ölkələrlə üzvlük yönündə müzakirələrini rəsmən əngəlləyib.

Bild öz xəbərini DPA-ya istinadla verib. DPA məlumatlı mənbələrdən əldə etdiyi xəbərdə bildirib ki, məhz R.T.Erdoğanın əngəlləməsi üzündən NATO Şurası müzakirələrə başlaya bilmir.

Bild onu da qeyd edir ki, Türkiyə Cümhurbaşqanı NATO-dakı bu imkandan öz ölkəsinin milli təhlükəsizlik məsələlərini həll etmək üçün yararlanır.

Əlavə edək ki, Türkiyənin belə davranması adı keçən ölkələrin terrorçu PKK və bənzər təşkilatlara yardım etməsilə bağlıdır. Türkiyə Cümhurbaşqanı ölkəsində terror yelləri əsdirən qurumlara dəstək verən ölkələrlə eyni alyansda ola biləcəklərini istisna edir.

Mission News Theme by Compete Themes.