Son yeniləmə: 18 May 2022 11:32
Qardaş ölkənin müxtəlif QHT-lərinin təmsil olunduğu nümayəndə heyəti Azərbaycanın mədəniyyət paytaxtına səfər edib
Bayraqdar.info – Xəbər verdiyimiz kimi mayın 15-də Türkiyə Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə əlaqələr baş idarəsi, Türkiyə Cümhurbaşqanlığı İletişim Başkanlığı və Türkiyənin müxtəlif QHT-lərinin təmsil olunduğu 15 nəfərlik nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Şuşa ili” çərçivəsində baş tutan səfər çərçivəsində artıq bir sıra görüşlər keçirilib.
Mayın 17-də isə türkiyəli qonaqlar Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfər ediblər.
Bu barədə bayraqdar.info-ya Aəentliyin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, səfər zamanı nümayəndə heyətinə Şuşanın işğaldan azad olunmasında Azərbaycan əsgərlərinin göstərdiyi şücaət, eyni zamanda, şəhərin tarixi, strateji, mədəni və mənəvi əhəmiyyəti barədə məlumat verilib: “Həmçinin erməni vandalizminin Şuşada məscidlərə, tarixi abidələrə və digər obyektlərə vurduğu zərər haqqında məlumat qonaqların diqqətinə çatdırılıb. Bildirilib ki, erməni vandallarının şəhərə vurduqları ziyanı hər bir küçədə, evdə görmək mümkündür. Buna baxmayaraq, şəhərin Baş planına uyğun olaraq, Şuşada bərpa və yenidən qurma işləri tam gücü ilə davam edir, küçələr və parklar yenilənir, şəhərin həyat əhəmiyyətli infrastrukturu dəyişdirilir, tarixi abidələr bərpa olunur, yararsız vəziyyətə düşən ərazilər yenidən qurulur. Bu baxımdan Şuşanın tarixi libasının qorunması şərti ilə müasir şəhərə çevrilməsi prosesinə başlanıb”.
“Daha sonra nümayəndə heyəti Cıdır düzü, Qala divarları, şəhərin simvolları olan və Ermənistan silahlı qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərkən gülləbaran etdikləri Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəllərini, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət ediblər”, – deyə məlumatda bildirilib.
[…] Türkiyəli qonaqlar ŞuşadaTürkiyəli qonaqlar Şuşada […]