Press "Enter" to skip to content

Türkiyədə Azərbaycanlı Həkimlər Dərnəyinin üzvləri ilə görüş

Azərbaycanlı Həkimlər Dərnəyinin üzvləri ilə görüşdən

Son yeniləmə: 18 May 2022 14:07

Bayraqdar.info – Səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə işgüzar səfəri davam edir. Səfər çərçivəsində Azərbaycanlı Həkimlər Dərnəyinin üzvləri ilə görüş keçirilib.

Bu barədə bayraqdar.info-ya Səhiyyə Nazilriyindən məlumat verilib.

Məlumata əsasən tədbirdə çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov qardaş ölkədə fəaliyyət göstərən həkimlərin fəaliyyəti haqqında məlumat verib. Onun sözlərinə görə, COVID-19 pandemiyasının ən kəskin zamanlarında və Vətən müharibəsi zamanı Türkiyədə çalışan həkimlərimizin bir qismi könüllü olaraq Azərbaycana qayıdaraq, müharibə iştirakçılarına, yaralılara və virusa yoluxanların sağlamlıqlarının bərpası üçün əllərindən gələni əsirgəməyiblər.

Öz növbəsində səhiyyə naziri Teymur Musayev xarici ölkələrdə ixtisaslaşan məzunlarımıza Azərbaycan səhiyyə sistemi tərəfindən dəstək olunacağını, o cümlədən vətəndə xidmət etmək istəyənlərə lazımi şərait yaradılacağını vurğulayıb.

Azərbaycanlı Həkimlər Dərnəyinin sədri Fərid Qasımzadə gənc həkimlərimiz üçün Türkiyədə yaradılan şərait haqqında məlumat verib.

Sonda səhiyyə naziri Teymur Musayev gənc həkimlərin ünvanladıqları sualları cavablandırıb.

Mission News Theme by Compete Themes.