Son yeniləmə: 18 May 2022 10:13
Bayraqdar.info – Türkiyənin Milli Təhsil Nazirliyi maraqlı və vacib bir tədbirə ev sahibliyi edir. Belə ki, nazirlikdə türk dünyasının ortaq dərs kitabları ilə bağlı seminar keçirilib.
Nazirlikdən verilən məlumata görə, seminar Türk Dövlətləri Təşkilatının zirvə görüşlərində qəbul edilən qərarlar əsaəsnda keçirilir.
Məlumatda qeyd edilib ki, qəbul edilən qərarlar çərçivəsində Beynəlxalq Türk Akademiyasının hazırladığı ortaq türk tarixi, türk dünyasının coğrafiyası və ortaq türk ədəbiyyatı dərslərinə dair dərs proqramları və dərslik layihələrinin yekun qiymətləndirilməsi məqsədilə İstanbulda geniş tərkibli seminar başlayıb.
Türkiyənin ev sahibliyi etdiyi üç günlük seminara Azərbaycan, Qazaxıstan və Qırğızıstandan sahə ekspertləri, o cümlədən təhsil nazirliklərinin nümayəndələri, həmçinin Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev, Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdıralı və Türkiyənin milli təhsil nazirinin müavini Petek Aşkar qatılıb.
Nazir müavini P.Aşkar, seminrada çıxış edərək sözügeədn istiqamətdə atılan addımlar barədə məlumat verib.
Seminarın nəticəsi olaraq Beynəlxalq Türk Akademiyasının koordinasiyası, həmçinin üzv ölkələrin töhfələri ilə hazırlanan ortaq türk tarixi, türk dünyası coğrafiyası və ortaq türk ədəbiyyatı tədris proqramları və dərslik layihələrinin 2022-2023-cü tədris ilindən başlayaraq üzv ölkələrin orta təhsil müəssisələrində seçmə dərs kimi tədris olunması hədəflənir