Son yeniləmə: 18 May 2022 09:19
Bayraqdar.info – Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev mayın 27-də Ucar rayonunda həmin rayonun sakinlərini qəbul edəcək.
Bu barədə bayraqdar.info-ya Nazirlikdən məlumat verilib.
Bildirilib ki, qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
“Vətəndaşlar 18-24 may tarixlərində nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 – Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər. Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər”, – deyə məlumatda qeyd olunub.