Press "Enter" to skip to content

Mayın 21-də TOEFL iBT imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi

Son yeniləmə: 18 May 2022 17:08

Bayraqdar.info – Mayın 21-də ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) TOEFL iBT imtahanı keçiriləcək. İmtahan Dövlət İmtahan Mərkəzinin Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq.

Bu barədə bayraqdar.info-ya DİM-dən məlumat verilib.

Qeyd edilib ki, imtahana gəlməli olan şəxslər saat 08:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar.

İmtahan saat 9:00-da başlanır.

TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

Mission News Theme by Compete Themes.