Son yeniləmə: 18 May 2022 14:12
Bayraqdar.info – 2022-ci ilin ilk 4 ayı ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnoza nisbətdə 136,2 milyon manat və ya 10,4 faiz artıb.
Bu barədə bayraqdar.info-ya mayın 18-də Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 80,1 milyon manat və ya 17,7 faiz, qeyri-büdcə təşkilatları üzrə isə 154,3 milyon manat və ya 20,2 faiz artımla olub.