Press "Enter" to skip to content

İsraillə iqtisadi əməkdaşlıq genişlənir

İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forerlə görüş

Son yeniləmə: 18 May 2022 10:31

Bayraqdar.info – İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forerlə görüşüb.

Bu barədə bayraqdar.info-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir M.Cabbarov İsrail ilə diplomatik münasibətlərin qurulmasının 30 illiyini tamam olduğunu vurğulayıb. Nazir yüksək səviyyəli əlaqələrə malik ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində işlərin davam etdirildiyini deyib.

M.Cabbarov Azərbaycanda əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı barədə məlumat verib. Həmçinin əməkdaşlığın inkişafı imkanlarını diqqətə çatdırıb, İsrail şirkətlərini ölkəmizin işgüzar mühitindən yararlanmağa və fəal tərəfdaşlığa dəvət edib.

Məlumata görə, İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer ölkəsinin Azərbaycanla iqtisadi, o cümlədən aqrar sahədə əməkdaşlığın inkişafına mühüm önəm verdiyini bildirib. O, İsrail şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərinin bərpası ilə bağlı layihələrdə iştiraka maraq göstərdiyini qeyd edib, tərəfdaşlığın gücləndirilməsi barədə fikirlərini bölüşüb.

Tərəflər iqtisadiyyatın müxtəlif sferalarında, qida təhlükəsizliyi, su ehtiyatlarının idarə olunması, kənd təsərrüfatı və bu sahədə elmi-tədqiqat üzrə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

Mission News Theme by Compete Themes.