Press "Enter" to skip to content

Hacettepe Universitetinin fəaliyyəti ilə tanışlıq  

Hacettepe Universitetinin rektoru Haluk Özenlə görüş zamanı

Son yeniləmə: 18 May 2022 17:51

Bayraqdar.info – Səhiyyə Nazirliyinin nümayəndə heyətinin Türkiyəyə iki günlük işgüzar səfəri çərçivəsində qardaş ölkənin ən nüfuzlu tibb ocaqlarından olan Hacettepe Universitetinin fəaliyyəti ilə tanışlıq olub.

Bu barədə bayraqdar.info-ya mayın 18-də Nazirlikdən məlumat verilib.

Bildirilib ki, tədbirdə çıxış edən Hacettepe Universitetinin rektoru Haluk Özen səhiyyə sahəsində ölkələrimiz arasında sıx əlaqələrin mövcudluğunu vurğulayıb. Rektor xatırladıb ki, 2018-ci ildə rəhbərlik etdiyi tibb ocağı ilə Azərbaycan Tibb Universiteti (ATU) arasında protokol imzalanıb: “Eyni zamanda, Hacettepe Universitetinin mütəxəssisləri ATU-da təşkil olunan təlim, beynəlxalq elmi konfranslar və vebinarlarda mütəmadi olaraq iştirak edirlər”.

Çıxışı zamanı səhiyyə naziri Teymur Musayev qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Türkiyə ilə bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də geniş əməkdaşlıq mövcuddur: “Eyni zamanda, tibb təhsili sahəsində də qarşılıqlı fəaliyyət, o cümlədən ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik məlumatların mübadiləsi üçün yeni imkanlar yaradılıb. Ölkəmizin qocaman ali məktəblərindən biri olan Azərbaycan Tibb Universiteti Türkiyənin ən nüfuzlu universitetləri, həmçinin Hacettepe Universiteti ilə səmərəli əməkdaşlıq edir”.

Tədbirdə ölkələrimiz arasında tibb sahəsində qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində səmərəli işlər görülməsinin vacibliyi vurğulanıb.

Mission News Theme by Compete Themes.