Press "Enter" to skip to content

Ermənilər dinc durmur

Son yeniləmə: 18 May 2022 09:00

Kəlbəcər istiqamətində mövqelərimiz yenə tutulub

Bayraqdar.info – Mayın 17-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə və Barmaqbinə məntəqələri istiqamətlərində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə bayraqdar.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

Mission News Theme by Compete Themes.