Press "Enter" to skip to content

Baş nazir sərgilərlə tanış olub

Baş nazir Əli Əsədov sərgilərlə tanışlıq zamanı

Son yeniləmə: 18 May 2022 13:49

Bayraqdar.info – Baş nazir Əli Əsədov mayın 18-də Bakı Ekspo Mərkəzində 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgiləri ilə tanış olub.

Bu barədə bayraqdar.info-ya Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, kənd təsərrüfatı naziri İnam Kərimov sərgilərlə bağlı məlumat verib: “Bildirildi ki, belə bir beynəlxalq tədbirin keçirilməsinin başlıca məqsədi Azərbaycanda istehsal olunan kənd təsərrüfatı və qida sənayesi məhsullarının təşviqi, həmçinin bu sahələrin daha da inkişafı üçün xarici şirkət və sərmayədarların diqqətinin cəlb edilməsidir. Məlumat verildi ki, sərgilərdə dünyanın 24 ölkəsini təmsil edən 449 şirkət iştirak edir. Burada, eyni zamanda, artıq icrasına başlanılan və eləcə də işğaldan azad edilmiş Qarabağ ərazilərində həyata keçirilməsi planlaşdırılan layihələr təqdim olunur”.

Məlumata əsasən Baş nazir Ə.Əsədov Kənd Təsərrüfati Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafi Agentliyinin, həmçinin müxtəlif ölkələrin pavilyonları ilə tanış olub: “Tanışlıq zamanı Baş nazir Ə.Əsədov Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kırışçı, həmçinin İsrail Dövlətinin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer ilə söhbət etdi”.

Mission News Theme by Compete Themes.