Press "Enter" to skip to content

Baş nazir belaruslu həmkarı ilə görüşüb

Baş nazirlərin görüşü

Son yeniləmə: 18 May 2022 17:12

Bayraqdar.info – Baş nazir Əli Əsədov mayın 18-də Azərbaycanda səfərdə olan Belarusun Baş naziri Roman Qolovçenko ilə görüşüb.

Bu barədə bayraqdar.info-ya Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, görüşdə Azərbaycan ilə Belarus arasında yüksək səviyyəli dialoqun mövcud olduğu bildirilib.

Həmçinin, müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət, sənaye, kənd təsərrüfatı, nəqliyyat-tranzit və digər istiqamətlərdə əlaqələrin inkişafından məmnunluq ifadə edilib.

Məlumata görə, görüşdə dövlət başçıları səviyyəsində şəxsi münasibətlərin Azərbaycan-Belarus əlaqələrinin inkişafında mühüm amil kimi dəyərləndirilib: “Koronavirus pandemiyasının mənfi təsirlərinə baxmayaraq, 2021-ci ildə Azərbaycanla Belarus arasında ticarət dövriyyəsinin artdığı bildirildi. Müvəffəqiyyətlə həyata keçirilən müştərək sənaye layihələrinin əhəmiyyəti vurğulandı”.

Görüşdə qeyd edilib ki, kənd təsərrüfatı sahəsində əməkdaşlıq yaxşı dinamikaya malikdir: “Bakıda keçirilən 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinin əhəmiyyəti vurğulanaraq Belarusun Baş nazirinin sərgi ilə şəxsən tanış olması yüksək qiymətləndirildi. Görüşdə, həmçinin iqtisadi, ticari, sənaye, enerji, kənd təsərrüfatı, sərmayə qoyuluşu, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olundu”.

Görüşün sonunda Baş nazirlərin iştirakı ilə Azərbaycan-Belarus sənədləri imzalanıb.

Mission News Theme by Compete Themes.