Press "Enter" to skip to content

Yeni sosial reabilitasiya layihəsi

Son yeniləmə: 17 May 2022 16:06

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sifarişi əsasında “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” layihəsinə başlanacaq.

Bu barədə bayraqdar.info-ya ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, layihə üzrə Bakının rayonları da daxil olmaqla 42 rayon və şəhərdə sosial reabilitasiya mərkəzlərifəaliyyət göstərəcək: “Bu mərkəzlərə autizm, daun sindromlu, eləcə də digər fiziki məhdudiyyətli uşaqlardan ibarət 4200 uşaq cəlb olunaraq reabilitasiya xidmətləri ilə təmin ediləcək. Mərkəzlərdə uşaqların bacarıqlarının inkişaf etdirilməsi üçün hər biri ilə fərdi plan əsasında iş aparılacaq”.

Layihə çərçivəsində hər bir region üzrə 100 nəfər sağlamlıq imkanları məhdud uşağa sosial-psixoloji, tibbi reabilitasiya, abilitasiya, habelə ailəsinə dəstək və maarifləndirmə yönümlü xidmətlərin göstərilməsi planlaşdırılır.

Mission News Theme by Compete Themes.