Son yeniləmə: 17 May 2022 08:44
Bayraqdar.info – Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) avsrtiyalı iş adamlarına dəstək verə bilər. Bu barədə Bakıda keçirilən Azərbaycan-Avstriya biznes forumundan danışılıb.
KOBİA-dan bayraqdar.info-ya verilən məlumata görə, tədbirdə hər iki ölkənin rəsmi şəxsləri və iş adamları iştirak ediblər.
Məlumata əsasən biznes forumda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin hər iki ölkənin iş adamlarının birgə biznes təşəbbüslərini dəstəkləməyə hazır olduğunu vurğulayıb: “ Qeyd olunub ki, KOBİA Avstriyanın müvafiq qurumları ilə sahibkarlığa dəstək sahəsində birgə təşəbbüslərin həyata keçirilməsində maraqlıdır və bu sahədə əməkdaşlıq etməyi planlaşdırır”.
Çıxışda bildirilib ki, Agentlik Azərbaycanda Avstriya iş adamlarının iştirakı ilə daha çox birgə müəssisə və layihələr görməyə ümid edir: “Avstriya iş adamları Azərbaycanda biznes qurmaq və yerli KOB-larla birgə təşəbbüslərin reallaşdırılması üçün KOBİA-nın dəstək və xidmətlərindən faydalana bilərlər”.