Son yeniləmə: 17 May 2022 12:10
Bayraqdar.info – Güney Azərbaycan məktəblərindən birində oxuyan azyaşlı qız uşağının Azərbaycan rəqsi sosial mediada yayılandan sonra İsfahan əyalətinin “Əxlaq Polisi”nin rəisi Əhməd Abdellahi Nejad buna münasibət bildirib.
Xəbəri “Azad İran” Telegram kanalı yayıb.
“Azərbaycan rəqsi insan tərbiyəsi üçün heç nə vəd etmir. Məsələnin dini və qanuni tərəfini belə bir kənara qoysaq, məktəbin müdiriyyəti nəyi harada etmək lazım olduğunu, uşaq və yeniyetmələrin tərbiyəsi ilə necə məşğul olmağı başa düşməlidir”, – deyə Ə.A.Nejad öz Twitter hesabında yazıb.
https://twitter.com/abdellahy110/status/1526083621676883968?s=20
Ə.A.Nejad məktəb rəhbərliyini ağır formada təhqir edərək onların bu işə yaramadıqlarını da deyib: “Əgər onlar bu əməlləri davam etdirməkdə israrlıdırlarsa, o zaman onlara daha fərqli bir yer seçməli və məşğul olmaları üçün bir neçə dördayaqlı vermək lazımdır”.