Press "Enter" to skip to content

Eskişehir Azərbaycanlılar Dərnəyindən daha bir ilk

Forumda təqdimatla şıxış edən gənclər

Son yeniləmə: 17 May 2022 13:30

Dərnəyin təşkilatçılığı ilə ilk dəfə Sosyal və Akademik Standup Forumu keçirilib

Bayraqdar.info– Öz fəaliyyəti və maraqlı layihələri ilə fərqlənən Eskişehir Azərbaycanlılar Dərnəyi daha bir ilkə imza atıb. Belə ki, Dərnəyin təşəbbüsü və təşkilatçılığı ilə Eskişehirdə ilk dəfə Sosyal və Akademik Standup (SAS) forumu keçirilib.

Bu barədə bayraqdar.info-ya Dərnəkdən məlumat verilib.

Bildirilib ki, bu Forumun keçirilməsində məqsəd akademik biliklərin mizah vasitəsilə izləyicilərə çatdırılması, gənclərə səhnə mədəniyyətinin, ictimaiyyət qarşısında çıxış etmək bacarıqlarının aşılanmasıdır.

Forum maraqla qarşılanıb

Qeyd edilib ki, mayın 15-də baş tutan SAS Forumuna 100-dən çox izləyici qatılıb: “Forumda 5 istedadlı gənc öz sahələri ilə əlaqəli çıxışlar etdi. Belə ki, Eskişehir Azərbaycanlılar Dərnəyinin layihə komandasının lideri, “Zaurizm” layihəsinin qurucusu, Anadolu Universitetinin “Eğitimin idarəçiliyi” ixtisası üzrə magistr tələbəsi Zaur Cahangirov “Qüsurlu ÜTÜ” mövzusunda, “The VVİNDOW” Platformasının qurucusu, debatçı, natiq, Anadolu Universitetinin “İdarəetmə və təşkiletmə” ixtisası üzrə magistr tələbəsi, layihə meneceri Nilufər Həsənova “Mobbing, mmm…Bu bir mobil tətbiq mi?” mövzusunda, jurnalist, Osmangazi Universitetinin “Psixologiya” ixtisası üzrə bakalavr tələbəsi Zülfiyyə Quliyeva “Zamanın psixologiyası” mövzusunda, Eskişehir Texniki Universitetinin “Kimya Mühəndisliyi” ixtisası üzrə doktorantura tələbəsi Səxavət Dadaşov “Akademik izcilik” mövzusunda, Eskişehir Azərbaycanlılar Dərnəyinin İdarə Heyətinin üzvü Yalçın Nazimov “Fakultativ həyatlar” mövzusunda çıxış etdilər”.

Məlumata əsasən sonda iştirakçılar uğurlu təqdimatlarına görə sertifikat ilə təltif edilib və toplu şəkil çəkilib.

Mission News Theme by Compete Themes.