Press "Enter" to skip to content

Bu, Ermənistanın son şansıdır

Emin Həsənli

Son yeniləmə: 17 May 2022 13:32

Bayraqdar.info – “Ermənistan heç bir zaman beynəlxalq hüquq normalarına, əldə edilən razılaşmalara əməl etməyib”.

Bunu bayraqdar.info-ya açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.

Onun sözlərinə görə 44 günlük Vətən müharibəsində Azərbaycan işğalçı Ermənistana ağır zərbə vurdu: “Bu müharibədə Azərbaycan Ordusu işğalçı ölkənin ordusunu darmadağın etdi. Eyni zamanda torpaqlarımız işğaldan azad edildi və bununla da uzun illər icra edilməyən BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olundu. Amma görünən odur ki, Ermənistan hələ də ağlını başına yığmayıb. Nə 10 noyabr üçtərəfli bəyanatının əsas bəndlərinə, nə də Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqların şərtlərinə əməl edir”.

E.Həsənli deyib ki, əslində bu, Ermənistanın son şansıdır: “Ermənistan tərəfi vaxt itirmədən Azərbaycanın irəli sürdüyü 5 maddəlik şərti qəbul etməlidir. Əks halda Ermənistanın bir dövlət kimi mövcudluğu sual altında qalacaq. Ermənistanın idarəçiləri bunu yaxşı-yaxşı düşünməlidirlər. Azərbaycanın da səbri sonsuz deyil. Ermənistanda bilməlidirlər ki, Azərbaycan müharibədə qalib olmasına baxmayaraq yenə də humanizm prinsiplərinə sadiq qalır. Azərbaycan və Türkiyə Ermənistana barışıq əli uzadır. Elə bir əl ki, bu Ermənistanı məhv olmaqdan xilas edə bilər. Ermənistan bir an öncə bu jestə müsbət cavab verməlidir. Əks halda dəmir yumruq bu dəfə daha sərt və öldürücü olacaq”.

Müsahibimiz bildirib ki, hər dəfə danışıqlardan sonra ya Ermənistanda kütləvi aksiyalar başlaylır, ya da ordu tərəfindən təxribatlar edilir: “Düzdür hər dəfə onlar öz təxribatçı hərəkətlərinə görə müxtəlif bəhanələr gətirirlər. Amma bunun da bir həddi var. Digər tərəfdən, dəfələrlə Kəlbəcər istiqamətində təxribatlaırn törədilməsi isə bu təxribatın mənbəyini birbaşa Ermənistanın özü olduğunu ortaya qoyur. Yəni Ermənistan rəhbərliyinin icazəsi olmadan bu atəşkəs pozula bilməz. Bunun arxasında Ermənistanın siyasi-hərbi rəhbərliyi durur. Yox əgər Ermənista rəhbərliyi öz otdusunu idarə edə bilmirsə, ordu əmrə tabe olmursa bunu da Nikol Paşinyan açıq bəyan etməlidir”.

Ermənistanı bu oyunları son qoymağa çağıran E.Həsənli daha sonra əlavə edib: “Onlar 2016-cı ilin Aprel döyüşlərindən nəticə çıxrmadılar, ağıllarını başlarına yığmadılar. Nəticədə 2020-ci ilin sentyabrında əl atdıqları növbəti hərbi təxribat onlar üçün ölümcül məğlubiyyətlə nəticələndi. Bu gün yenə köhnə havalarda olan Ermənistan deyəsən yenidən dəmir yumruq istəyir”.

Mission News Theme by Compete Themes.