Press "Enter" to skip to content

Binali Yıldırımdan KKTC-yə müjdə

Bursadakı tədbirdən

Son yeniləmə: 17 May 2022 10:49

Bayraqdar.info – Məlum olduğu kimi bu günlərdə türk dünyasının 2022-ci üzrə mədəniyyət paytaxtı elan edilmiş Bursa şəhərində Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyası yaradılıb. Bununla bağlı Anlaşma Memorandumu Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan respublikalarının ombudsmanları və milli insan hüquqları institutlarının rəhbərləri tərəfindən imzalanıb.

Tədbirdə iştirak və çıxış edən Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri Binali Yıldırım bır sıra maraqlı məqamlara toxunub. Onun TDT-nin mümkün genişlənməsi ilə bağlı fikirləri isə Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) üçün müjdə sayıla bilər.

Məsələ burasındadır ki, B.Yıldırım KKTC-nin hüquqlarının illərdir qəsb edildiyini və haqsız embarqoya məruz qaldığını bildirib. O, həmçinin KKTC-nin Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olaraq qəbul ediləcəyinə işarə edib: “Ümid edirəm ki, noyabrda Özbəkistanda keçiriləcək sammitdə KKTC də müşahidəçi üzv kimi ailədə öz yerini tutacaq. Bunun üçün fəaliyyyətimizi davam etdiririk”.

Mission News Theme by Compete Themes.