Press "Enter" to skip to content

Azərbaycan qaziləri Kocaelidə

Kocaeli şəhər valisi Settar Yavuzla görüşdən

Son yeniləmə: 17 May 2022 11:50

Bayraqdar.info – Xəbər verdiyimiz kimi Azərbaycanın Vətən müharibəsi qazilərinin bir qrupu qardaş Türkiyədə səfərdədir.

İki qardaş ölkənin qaziləri yenidən bir arada

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi dəstəyi ilə Türkiyə Müharip Qazilər Dərnəyinin dəvəti və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan səfər mayın 13-də başlayıb.

Gölcük bələdiyəsinin sədri Ali Yıdırım Seddat və Emin Həsənli

Mayın 23-dək davam edəcək səfərin ilk günlərində keçirilən görüşlər barədə məlmat vermişdik. Mayın 16-da isə növbəti görüşlər olub.

Bu barədə bayraqdar.info-ya “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli məlumat verib. Onun sözlərinə görə Azərbaycan qazilərinin növbəti görüşləri Kocaelidə keçirilib.

Türkiyə Muharip Gazilər Dərnəyinin Kocaeli şöbəsində

“Azərbaycan qaziləri ilk olaraq Kocaeli şəhər valisi Settar Yavuz tərəfindən qəbul edildi. Sonra Türkiyə Muharip Gazilər Dərnəyinin Kocaeli şöbəsində Kocaeli qaziləri ilə bir araya gəldik. Qazilər Kocaelinin Gölcük ilçesinin kaymakamı Çingiz Karabulut, Gölcük bələdiyəsinin sədri Ali Yıdırım Seddat tərəfindən də qəbul edildi. Bu görüşlər maraqlı anlarla yadda qaldı”, – deyə E.Həsənli bildirib.

Azərbaycan qazilərinin Kocaelidəki daha bir görüşü

O da qeyd edilib ki, bu şəxslər, ümumiyyətlə Kocaeli sakinləri 44 günlük Vətən savaşı zamanı Azərbaycana çox böyük mənəvi dəsətk verib. Böyük mitinq keçirlib: “Ümumiyyətlə bu cür səfərlərin Azərbaycna-Türkiyə əlaqələrinin daha da dərinləşməsi üçün çox böyük önəmi var.

Mission News Theme by Compete Themes.