Son yeniləmə: 17 May 2022 09:08
Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri və qardaş ölkələrin nümayənədləri ilə görüşlər keçirib
Bayraqdar.info – Milli Məclisin sədri Sahibə Qafarova mayın 16-da İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri, həımçinin digər xarici qonaqlarla görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bayraqdar.info-ya verilən məlumata görə, S.Qafarova X.Noziri ilə görüşdə bu il Azərbaycanın təşkilata üzvlüyünün 30-cu ildönümünün tamam olduğunu, bu illər ərzində tərəflər arasında uğurlu əməkdaşlıq həyata keçirildiyini diqqətə çatdırıb.
Qırğızıstan Joqorku Keneşinin sədr müavini Azərbaycana səfərə gəlib
Qeyd olunub ki, Azərbaycan regionun iqtisadi potensialından səmərəli istifadə etmək üçün qarşılıqlı, faydalı əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Ölkəmiz həmişə beynəlxalq iqtisadi əməkdaşlıq və inteqrasiya səylərinə öz dəstəyini göstərir. Bu kontekstdə Azərbaycanın İƏT çərçivəsində əməkdaşlığa verdiyi töhfələr vurğulanıb.
Pakistan Milli Assambleyasının sədri Azərbaycanda səfərdədir
Məlumatda “Görüşdə Milli Məclisin sədri Azərbaycanla İƏT arasında münasibətlərin möhkəmləndirilməsi, 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Qələbə və münaqişənin həllindən sonra regionda yeni yaranmış şərait, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, kommunikasiyaların bərpasının və yeni dəhlizlərin yaradılmasının əhəmiyyəti, İƏT Parlament Assambleyasının Bakıda keçiriləcək Üçüncü Ümumi Konfransına hazırlıq məqsədilə görülən işlər və digər məsələlər barədə danışıb”, deyə vurğulanıb.
Qırğızıstan Joqorku Keneşinin sədr müavini Azərbaycana səfərə gəlib
Baş katib X.Noziri görüşə və göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib: “O, Azərbaycana ikinci dəfə səfər etdiyini və ölkəmizin yüksək səviyyədə inkişafa nail olduğunu vurğulayıb. X.Noziri Azərbaycanın İƏT-də fəal rol oynayan üzv dövlətlərdən biri olduğunu qeyd edib. O, Azərbaycanın təşkilatda fəal təmsilçiliyini, həmçinin Milli Məclisin İƏT Parlament Assambleyasının Üçüncü Ümumi Konfransının keçirilməsi ilə bağlı gördüyü işləri yüksək qiymətləndirib”.
Onu da qeyd edək ki, S.Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək üçün Azərbaycana səfər edən Özbəkistannın Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi nümayəndə heyəti və Qırğız Respublikası Joqorku Keneşinin sədr müavini Ulan Primovla da görüşlər keçirib.
[…] Azərbaycan İƏT-də fəal rol oynayan üzv dövlətlərdən biridir […]