Press "Enter" to skip to content

Əməkdaşlıqda yeni mərhələ

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüş

Azərbaycan – Türkiyə Qeyri -Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçiriləcək

Bayraqdar.info – Məlum olduğu kimi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Türkiyə Daxili İşlər Nazirliyi arasında “Birgə Fəaliyyət və Əməkdaşlıq haqqında Anlaşma Memorandum”u imzalanıb. Sənədin imzalanmasında məqsəd Azərbaycan və Türkiyənin vətəndaş cəmiyyəti institutları arasında dialoqun, əməkdaşlığın, həmçinin birgə fəaliyyətin genişləndirilməsinə, qarşılıqlı maraq doğuran müştərək layihələrin və proqramların reallaşdırılmasına yardım etməklə iki qardaş ölkə arasında dostluğun və əməkdaşlığın inkişafına töhfə verməkdir.

Bu barədə bayraqdar.info-ya QHT-lərə Dövlət Dəstəyi Agentliyindən məlumat verilib.

Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət

Bildirilib ki, bu məqsədlə, Agentliyin təşkilatçılığı ilə mayın 15-də Türkiyə Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə əlaqələr baş idarəsi, Türkiyə Cümhurbaşqanlığı İletişim Başkanlığı və Türkiyənin müxtəlif QHT-lərinin təmsil olunduğu 15 nəfərlik nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

Mayın 20-dək davam edəcək səfər “Şuşa ili” çərçivəsində baş tutur. Məlumata əsasən səfər çərçivəsində nümayəndə heyəti öncə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər güllər düzüblər.

Türkiyəli qonaqlar Şəhidlər xiyabanında

Sonra qonaqlar Şəhidlər xiyabanı ziyarət edib, Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər güllər düzüblər. Həmçinin “Türk şəhidliyi”  abidəsi də ziyarət edilib.

Qonaqlar Bakıdakı “Türk şəhidliyi”  abidəsini də ziyarət edib

Ziyarətdən sonra nümayəndə heyəti Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Görüş zamanı H.Hacıyev bildirib ki, Türkiyə ilə Azərbaycan arasında dostluq-qardaşlıq münasibətləri uğurla inkişaf edir, bütün sahələri əhatə edir və bu əməkdaşlığın çox gözəl nəticələri var: “Həm ikitərəfli formatda, həm regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir amilə çevrilibdir”.

H.Hacıyev onu da qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlər köklü tarixi və mədəni bağlardan qaynaqlanan qardaşlıq təməli üzərində hər sahədə inkişaf etməkdə və güclənməkdədir.

Nümayəndə heyətinin rəhbəri Ahmet Türköz səmimi qəbula görə minnətdarlığını bildirib: “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəvəti ilə gerçəkləşən səfərdən böyük bir məmnunluq hissi duyuruq. Biz, əslində, öz vətənimizdə, ölkəmizdə, öz qardaşlarımızın arasındayıq. Azərbaycan ilə Türkiyə arasında dostluq-qardaşlıq münasibətləri, hamımızın bir millət olmaq ruhuna bağlılığımız hər şeydən əhəmiyyətlidir”.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə də görüş

Görüş qarşılıqlı fikir mübadiləsi əsasında yekunlaşıb.

Nümayəndə heyəti həmçinin Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ilə də görüşüb.

O da bildirilib ki, səfər çərçivəsində Şuşa şəhərini ziyarət və Azərbaycan – Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun keçirilməsi nəzərdə tutulub.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.