Press "Enter" to skip to content

Samuxda meliorativ tədbirlər

Son yeniləmə: 16 May 2022 10:26

Bayraqdar.info – Samuxda meliorativ tədbirlər uğurla davam edir.

Bunu bayraqdar.info-ya mayın 16-da Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib.

Onun sözlərinə görə, Samux Suvarma Sistemləri İdarəsi, rayonun 28266 hektar suvarılan torpaqlarına xidmət edir: “Suarma mövsümündə problemlərin olmaması üçün maşın mexanizmlər vasitəsi ilə kanallarda və çaylarda lildən təmizləmə işləri, məcra təmizləmə və selə qarşı tədbirlər aparılır. İnşaat birqadası kanallarda suyun maneəsiz ötrülməsi üçün əl ilə lildən təmizləmə , kol-kosun təmizlənməsi, boru xətlərinin təmiri, betonlanma işlərinin aparılması cari və əsaslı təmir işləri həyata keçirilir”.

Qeyd edilib ki, rayonda əkin sahələrinin suvarılması üçün uzunluğu 726,5 km olan təsərrüfatdaxili və təsərrüfatarası kanallar mövcudur: “Torpaqların suvarılması üçün kanallarda 2022-ci ilin I rüb ərzində rayon ərazisində olan bütün kəndlərin əkin sahələrinə xidmət edən təsərrüfatlararası və təsərrüfatdaxili kanallarda 114 min m3 yəni 162 km lildən təmizləmə işləri aparılmışdır. Kanallarda və çaylarda 12 min m3 sahilbərkitmə və selə qarşı torpaq işləri görülüb”.

Məlumata əsasən, təsərrüfatarası və təsərrüfatdaxili kanallarda kol-kosdan təmizləmə işləri aparılıb: “Hazırda kanaldan sahələrə suyun verilməsi üçün işçilər tərəfindən növbələr tutulub daim kanallara nəzarət olunur. Əlavə olaraq kanallarda əl ilə lildən təmizləmə işləri aparılır, 150 metr boru kəmərlərində təmir işləri aparılıb, kanallar tam işlək vəziyyətə salınıb. Rayon ərazisində 10346 ha taxıl bitkisi, 770 ha xəsil və 800 ha təzə yonca səpilib. Görülmüş işlərin nəticəsində suvarma suyunda çətinliklər yaranmayıb. İdarənin balansında olan 574 ədəd subartezian quyusunda və 26 ədəd nasos stansiyalarında mütamadi olaraq təmir işləri aparılır və işlək vəziyyətdə saxlnalılır”.

D.Şərifov deyib ki, subartezian quyularında 2022- ci ilin I rüb ərzində müvafiq olaraq 98 ədəd nasos, 7 ədəd elektrik avadanlığı təmir edilib: “Nasos stansiyalarda mexaniki və elektrik avadanlıqları, kanallarda 6 ədəd Hidro Texniki Qurğu, 5 ədəd hidropost təmir edilib. Selin qarşısının alınması üçün cari il ərzində Gəncə çayında, Qabrrı çayında, Qoşqar çayında torpaq işləri görülüb. Bildirək ki, idarənin balansında 65,5 km təsərrüfatlarası, 658 km təsərrüfatdaxili, 3 km suötürücü kanal və 63 ədəd hidrotexniki qurğu, 39 ədəd körpü-keçid, 61 ədəd suölçən qurğu, 14,5 km drenaj kanal var. Əsaslı təmir işləri üzrə 2022-ci ilin I rüb əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması və maneəsiz suvarma suyunun axıdılması üçün təsərrüfatlararası və təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri mütamadi olaraq davam etdiriləcək”.

Mission News Theme by Compete Themes.