Son yeniləmə: 16 May 2022 12:48
Bayraqdar.info – “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov mayın 17-də Göygöl şəhərində Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçiriləcək.
Bu barədə bayraqdar.info-ya mayın 16-da “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, qəbul saat 10:00-dan başlayaraq Göygöl Şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək: “Qəbulda sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək. Qəbulda COVID-19 xəstəliyinə qarşı 3-cü doza (buster doza) ilə peyvənd olunmuş, birinci və ikinci dozadan tələb olunan müddət keçməmiş, peyvəndləməyə əks göstərişi olan, xəstəliyə yoluxaraq immunitet sertifikatına malik vətəndaşlar iştirak edə bilər”.
Qeyd edilib ki, vətəndaşlar qəbul üçün Göygöl və Daşkəsən Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və elektron poçt vasitəsilə ilə “Azərsu” ASC-yə müraciət edə bilərlər.