Press "Enter" to skip to content

Qazaxıstan parlament nümayəndə heyəti Azərbaycanda

Qonağın qarşılanması

Son yeniləmə: 16 May 2022 09:08

Bayraqdar.info – Mayın 15-də Qazaxıstan Respublikası Parlament Məclisi sədrinin müavini Balaim Kesebayevanın başçılıq etdiyi parlament nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Səfərdə məqsəd İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etməkdir.

Bu barədə bayraqdar.info-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Qazaxıstan parlament nümayəndə heyətini Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Milli Məclisin deputatı Könül Nurullayeva, Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər mayın 19-da başa çatacaq.

Xatırladaq ki, mayın 17-də Bakıda Milli Məclisin inzibati binasında İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransı keçiriləcək. Tədbirdə Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərlərinin başçılığı ilə nümayəndə heyətləri iştirak edəcəklər.

Bakıda daha bir beynəlxalq tədbir keçiriləcək

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.