Press "Enter" to skip to content

Prezident İlham Əliyev BƏƏ-nin Bakıdakı səfirliyində olub

Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb

Bayraqdar.info – Prezident İlham Əliyev mayın 16-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfirliyində olub, görkəmli dövlət xadimi, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı ilə əlaqədar başsağlığı verib.

Bayraqdar.info xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

“Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı səfiri Məhəmməd Əl Bluşi dövlətimizin başçısını qarşıladı.

“Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazdı.

“Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.

“Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı ilə əlaqədar bir daha başsağlığı verən Prezident İlham Əliyev məhz onun səyləri nəticəsində bu gün BƏƏ-nin sürətli inkişafa nail olduğunu xüsusi vurğuladı. Eyni zamanda, yeni Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın rəhbərliyi ilə də ölkənin bu inkişaf yolunu davam etdirəcəyinə əminliyini ifadə etdi.

“Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla dostluq və qardaşlıq münasibətlərinin əməkdaşlığın daha da genişlənməsi işinə öz töhfəsini verəcəyini bildirdi.

“Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi səfirliyə gələrək Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı ilə əlaqədar başsağlığı verməsinə görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi və bunu ölkələrimiz arasında dostuq və qardaşlıq münasibətlərinin təzahürü kimi dəyərləndirdi. Səfir əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliyini bildirdi. Məhəmməd Əl Bluşi münasibətlərimizin inkişafında dövlətimizin başçısı ilə BƏƏ-nin yeni Prezidenti arasındakı şəxsi əlaqələrin xüsusi rolunu qeyd etdi”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.