Press "Enter" to skip to content

Pakistan Milli Assambleyasının sədri Azərbaycanda səfərdədir

Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəfin qarşılanması

Son yeniləmə: 16 May 2022 16:14

Bayraqdar.info – Mayın 16-da Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəfin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Səfərdə məqsəd İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etməkdir.

Bakıda daha bir beynəlxalq tədbir keçiriləcək

Bu barədə bayraqdar.info-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qazaxıstan parlament nümayəndə heyəti Azərbaycanda

Bildirilib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında nümayəndə heyətini Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri – Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, deputat Mahir Abbaszadə, Pakistanın Azərbaycandakı səfiri Bilal Haye və digər rəsmi şəxslər qarşılayıblar.

Qırğızıstan Joqorku Keneşinin sədr müavini Azərbaycana səfərə gəlib

Səfər mayın 19-da başa çatacaq.

Mission News Theme by Compete Themes.