Press "Enter" to skip to content

Hökumət proqramı müzakirə ediləcək

KKTC Cümhuriyyət Məclisi

Son yeniləmə: 16 May 2022 09:26

Bayraqdar.info – Mayın 16-da Kuzey Kıbrıs Türk Cümhuriyətinin (KKTC) yeni hökumətinin proqramı müzakirə ediləcək. Müzakirə Cümhuriyyət Məclisində yerli vaxtla saat 10-da başlayacaq.

Məlumata əsasən Məclis başqanı Zorlu Törənin rəhbrəliyi ilə keçiriləcək müzakirələrin bu gün başa çatması gözlənilir.

Xatırladaq ki, ötən həftə hıökumıt proqramı parlamentdə baş nazir Ünal Üstel tərəfindən oxunub. Ancaq bu zaman CTP və HP-dən olan millət vəkilləri iclası boykot ediblər. Onların müzakirələrə də qatılmayacağı güman edilir.

Beləliklə, KKTC Konstitusiyasına əsaəsn hökumət proqramının parlamentdə müzakirəsi başa çatandan bir gün sonra etmad səsverməsi keçirilir. Mayın 16-da müzakirənin başa çatacağını düşünsək o zaman etimad səsəverməsi mayın 18-də baş tutacaq.

Yeni hökuməti millət vəkili quracaq

Mission News Theme by Compete Themes.