Press "Enter" to skip to content

“Central Asia’s Got Talent” şousunun yarımfinalında uğurlu çıxış

Norveçdə yaşayan azərbaycanlı musiqiçi Şəbnəm Hüseyn

Son yeniləmə: 16 May 2022 15:49

Bayraqdar.info – Norveçdə yaşayan azərbaycanlı musiqiçi Şəbnəm Hüseyn Qazaxıstanın Almatı şəhərində keçirilən “Central Asia’s Got Talent” (“Mərkəzi Asiya istedadları axtarır ) şousunun yarımfinal mərhələsində uğurla çıxış edib. Təmsilçimizin bu mərhələdə iştirakını Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK), Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO), Oslo Azərbaycan Evi, Norveç Musiqiçilər Birliyi, Polşadakı “Xarıbülbül” və digər diaspor təşkilatları dəstəkləyib.

Bu barədə bayraqdar.info-ya DİDK-dən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərində“Xəzər”TV-də şounun kastinq turunu uğurla keçən Şəbnəm Qazaxıstanın Türkistan şəhərində keçirilən müsabiqənin II turunda Azərbaycan bəstəkarı Tofiq Quliyevin “Sənədəqalmaz”mahnısını ifa edib: “Onun vokalla yanaşı, kamançada muğam gəzişmələri maraqla və alqışlarla qarşılanıb. Hazırda soydaşımızın müsabiqənin böyük finalında iştirakı tamaşaçıların səsverməsindən asılıdır. Böyük finalın 2022-ci ilin iyun ayında keçirilməsi gözlənilir”.

Məlumata əsasən Şəbnəm Hüseyn NAYO-nun Hamar bölgəsi üzrə sədri, Norveç Musiqiçilər Birliyinin üzvü, Drezden Simfonik Orkestrinin solistidir: “Qeyd edək ki, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan vətəndaşlarının iştirak etdiyi bu istedadlar şousuna Azərbaycan 2021-ci ildən qoşulub. Azərbaycan üzrə müsabiqənin mətbuat və informasiya hüququ “Xəzər” TV-yə məxsusdur”.

Mission News Theme by Compete Themes.