Press "Enter" to skip to content

Belqorod şəhəri Ukraynaya qaytarılsın

Belqorod Ukraynanın tərkibində

Son yeniləmə: 15 May 2022 21:12

Bayraqdar.info – Rusiyanın Ukrayna sərhədində yerləşən Belqorod şəhəri və bütövlükdə regionun Ukraynaya birləşdirilməsi, daha doğrusu, geri qaytarılması üçün çağırışlar artmaqdadır.

Ukraynadakı mənbələrin verdiyi xəbərə görə, son günlər Belqorod küçələrində bununla bağlı çağırışları əks etdirən posterlərin yayıldığına rast gəlinir.

Xəbərlərdə artıq posterlərin şəkilləri də yayımlanır.

Şəkildən də göründüyü kimi, bu posterləri özünü Belqorod Xalq Respublikası adlandıran qurum yayır. Posterdə deyilir: “Tarixi ədaləti bərpa edək – Belqorodu Xarkov vilayətinin ağuşuna qaytaraq”.

Daha sonra qeyd edilir ki, “Rusiyaya azadlıq” legionu artıq öz fəaliyyətinə başlayıb.

Qeyd edək ki, 20-ci yüzilin əvvəlində – Rusiya imperiyasında 1917-ci ildə baş vermiş sosialist inqilabından sonra Belqorod yeni Ukraynanın tərkibində olub. Hətta qısa müddətli də olsa Ukraynanın paytaxtı kimi seçilib. Lakin sonradan Sovetlər şəhəri və ətrafını Rusiyanın tərkibinə qatıb.

Bu günün posterləri və tarixi şəkillər
Bu günün posterləri və tarixi şəkillər
Mission News Theme by Compete Themes.