Press "Enter" to skip to content

İki qardaş ölkənin qaziləri yenidən bir arada

İki ölkənin qaziləri Türkiyə Muharip Gazilər Dərnəyinin İstanbul şöbəsinin qarşısında

Son yeniləmə: 15 May 2022 14:25

Emin Həsənli: Bu səfərimizin də proqramı zəngindir

Bayraqdar.info – 2022-ci ilin yanvarında Türkiye Muharip Gaziler Derneyinin dəvəti ilə Azərbaycanın Vətən müharibəsi qazilərinin bir qrupunun qardaş ölkəyə səfər etdiyi barədə məlumat vermişdik.

Vətən müharibəsi qazilərinin bir qrupunun Türkiyəyə səfəri başlayıb

Gənclər və İdman Nazirliyinin dəstəyi, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatcılığı ilə baş tutan həmin səfər bir çox yaddaqalan görüş və tədbirlərlə zəngin olmuşdu.

Türkiyədə Azərbaycan qazilərinə böyük jest – ÖZƏL

Səfər zamanı Azərbaycan qaziləri başda Türkiyənin Milli Müdafiə Nazirliyi olmaqla bir sıra dövlət və özəl qurumlarında görüşlər keçirmiş, İstanbulda şəhid piyada onbaşı Enes Koçla vida mərasiminə qatılmışdılar.

Türkiyə Milli Müdafiə Nazirliyində azərbaycanlı qazilərlə görüş

Bu günlərdə isə Vətən müharibəsi qazilərinin qardaş ölkəyə növbəti səfəri baş tutub.

Azərbaycan qaziləri şəhid Enes Koçla vida mərasimində iştirak ediblər – ÖZƏL

Bu barədə bayraqdar.info-ya “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib: “Bildiyiniz kimi yanvarda səfər Azərbaycan Gənclər və İdman Nazirliyinin dəsətəyi ilə baş tutmuşdu. Bu dəfəki səfər isə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi dəstəyi ilə Türkiyə Müharip Qazilər Dərnəyinin dəvəti və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutur”.

“Polad Alemdar” Azərbaycan qaziləri ilə bir arada -ÖZƏL

Emin Həsənlinin sözlərinə görə 13-23 may tarixlərini əhatə edən səfər proqramı ənənəvi olaraq Türkiyə Muharip Gazilər Dərnəyinin İstanbul şöbəsində qardaş ölkənin şanlı hərb tarixində öz izlərini qoyan canlı əfsanələrlə görüşdən başlayıb.

İki qardaş ölkənin qazilərinin xatirə fotosu

Qeyd edilib ki, Emin Həsənlinin rəhbərliyi ilə səfərdə olan nümayəndə heyətinin tərkibinə “Vətən Müharibəsi Qəhrəmanı” daxil olmaqla Qarabağ qaziləri, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin İdarə Heyətinin üzvləri və “Hərbi And” qəzetinin əməkdaşları daxildir

Emin Həsənli çıxış edərkən

“Ötən dəfə olduğu kimi bu səfərimizin də proqramı zəngindir. Ümumiyyətlə bu cür səfərlərin davamlı olması üçün gələcəkdə də əlimizdən gələni edəcəyik”, – deyə o, sonda əlavə edib.

4 Comments

Comments are closed.

Mission News Theme by Compete Themes.