Press "Enter" to skip to content

Oftalmologiyanın müasir nailiyyətləri müzakirə edilib

Konfrans zamanı

Son yeniləmə: 14 May 2022 17:17

Bayraqdar.info – Gəncə şəhərində “Respublikanın regionlarında oftalmologiyanın müasir nailiyyətləri” mövzusunda VIII regional konfrans keçirilib. Konfrans Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi ilə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə baş tutub.

Bu barədə bayraqdar.info-ya Azərbaycan Oftalmoloqlar Cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, konfransı giriş sözü ilə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımov açıb.

Daha sonra çıxış edən tibb elmləri doktoru Hicran Namazova və professor Paşa Qəlbinur konfransın keçirilmə məqsədindən, həmçinin oftalmologiyanın inkişafı ilə bağlı görüləcək işlərdən söz açıblar.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat və təşkilati metodik bölməsinin rəhbəri Yazgül Abdıyeva

Məlumata əsasən konfransda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat və təşkilati metodik bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva “Gəncə-Qazax iqtisadi rayonunda oftalmoloji yardımın optimallaşdırılması” mövzusunda məruzə edib. Konfransda həmçinin “Uşaqlarda refraksiya patologiyaları və çəpgözlük zamanı aparılan pleoptik, ortoptik və cərrahi müalicə metodlarının effektivliyi”, “Vitreoretinal patologiyanın müasir müalicəsinə dair”, “Astiqmatizm və yüksək dərəcəli miopiyalı xəstələrdə FEMTO-LASIK korreksiyası. Nəticələr”, “Travmatik katarakta zamanı optimal taktika seçimi”, “Allergik konyunktivitlər”, “Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialındaki fəaliyyətləri” mövzularında məruzələr dinlənilib.

Qeyd edilib ki, konfransda Bakıdan və bir çox regionlardan gəlmiş mütəxəssis və alimlər iştirak edib.

Mission News Theme by Compete Themes.